Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç baş nazir Nikol Paşinyanla görüşüb.
“Görüş zamanı əsas diqqət regionda baş verən hadisələrə və baş katibin Miqrasiya və Qaçqınlar üzrə xüsusi nümayəndəsinin Ermənistana son səfəri daxil olmaqla Avropa Şurasının verdiyi töhfəyə toxunulub”. Bu barədə Avropa Şurasının rəsmi saytında məlumat verilib.
Baş katib bir daha təsdiq etdi ki, Avropa Şurasının coğrafi məkanında yaşayan hər kəs Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulmuş bütün hüquq və azadlıqlardan tam şəkildə istifadə etmək hüququna malikdir.
O, həmçinin QHT, vətəndaş cəmiyyəti, jurnalistlər və gənclərin iştirakı ilə Ermənistan və Azərbaycan arasında dialoq üçün etimad quruculuğu tədbirlərinin aktuallığını vurğulayıb.