Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, telefon danışığı zamanı İsrail-Fələstin münaqişəsi, bölgədə artan gərginlik və həll yolu üçün atılacaq addımlar müzakirə edilib.