Roma Papası Fransisk Dağlıq Qarabağdakı monastırları və dini ibadət yerlərini qorumağa və onlara hörmət etməyə çağırıb.
“Dağlıq Qarabağ böhranı ilə bağlımənim narahatlığım azalmayıb. Qaçqınların çətin humanitar vəziyyəti ilə yanaşı, mən bu regionda monastırların və ibadət yerlərinin qorunması üçün xüsusi müraciət etmək istərdim.
Ümid edirəm ki, onlara yerli mədəniyyətin bir hissəsi, imanın ifadəsi kimi hörmət olunacaq və qorunacaqlar", - Papa Fransisk deyib.