Türkiyə xarici işlər naziri Hakan Fidan Livana səfər edəcək.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Livanın xarici işlər və immiqrasiya naziri Abdullah Buhabibin dəvəti ilə Türkiyə XİN rəhbəri oktyabrın 17-də Livana rəsmi səfər edəcək.
Görüşlərdə ikitərəfli münasibətlərin, cari regional və beynəlxalq hadisələrin müzakirə ediləcəyi gözlənilir.