Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç 2023-cü ilin oktyabrın 16-23-də Ermənistan və Azərbaycana səfər edəcək. Komissar Dağlıq Qarabağda da olacaq.
Miyatovçi münaqişədən zərər çəkmiş insanların insan hüquqlarının vəziyyətinə xüsusi diqqət yetirəcək. Bu barədə AŞ-nin mətbuat xidməti məlumat yayıb.
Miyatoviç dövlət rəsmiləri, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşləri olacaq.