ER maliyyə naziri Vahe Hovhannisyan bu gün Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin yeni təyin olunmuş rəhbəri, səfir Vasilis Maraqosu qəbul edib. Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.
Nazir səfiri missiyaya başlaması münasibətilə təbrik edərək və ER-Aİ əməkdaşlığının hazırkı səviyyəsini yüksək qiymətləndirərək, bu əməkdaşlığın daha da möhkəmləndirilməsi, genişləndirilməsi və səmərəliliyinin artırılması üçün səylərini birləşdirməyə hazır olduğunu bildirib.
Görüşdə nazir Hovhannisyan Ermənistanın iqtisadi vəziyyətini, Dağlıq Qarabağdan məcburi köçkünlərin dəstəklənməsi üzrə qısa və orta müddətli plan və tapşırıqları təqdim edib. Vasilis Maraqos Avropa İttifaqının ER hökumətinin qeyd olunan istiqamətdə planlarını dəstəkləmək öhdəliyini bir daha təsdiqləyib.
Tərəflər həmçinin ER-Aİ Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin icrasının səmərəliliyinin artırılması, Aİ-nin büdcəyə dəstək proqramları, gələcək əməkdaşlıq və Aİ-nin İqtisadi və İnvestisiya Planı çərçivəsində mümkün yeni istiqamətlər ilə bağlı məsələləri müzakirə ediblər.