Ermənistan, Rusiya və Azərbaycan baş naziri müavinlərindən ibarət üçtərəfli işçi qrupunun yeni görüşü ilə bağlı hələlik razılıq yoxdur.
Bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan bildirib.
O həmçinin bildirib ki, Ermənistanla Azərbaycan arasında Sərhəd Təhlükəsizliyi Komissiyası və delimitasiya üzrə işçi qurupunun danışıqları da planlaşdırılmayıb.