Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan özünün “X” mikrobloqunda Vaqif Xaçatryanın Bakıda keçirilən məhkəmə prosesini pisləyib.
“Bakıda heç bir normalara tam məhəl qoymadan dinc Ermənistan vətəndaşı, 68 yaşlı Dağlıq Qarabağ sakininə qarşı qondarma “məhkəmə” keçirilir.
Dağlıq Qarabağda etnik təmizləmədən həftələr əvvəl Vaqif Xaçatryan ürəyindən əməliyyat olunmaq üçün BQXK-nın mühafizəsi altında Ermənistana aparılarkən qanunsuz keçid məntəqəsində oğurlanıb.
Beynəlxalq humanitar hüququ kobud şəkildə pozan qeyri-qanuni adam oğurluğu həyata keçirən Azərbaycan indi də 68 yaşlı mülki vətəndaşın iztirablarını əks etdirən video və fotolar dərc edir.
Bir çox beynəlxalq hüquq müdafiə təşkilatları və institutlarının tələbinə uyğun olaraq, Bakıda hələ də girovluqda olan erməni hərbi əsirlər və mülki şəxslər azad edilməlidir”, - deyəBadalyan yazıb.