Bişkekdə MDB ölkələrinin xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsi ərazisində yaranmış vəziyyətlə bağlı bəyanat qəbul ediblər, Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bəyanatda iştirakçılar Qəzza zolağında gözlənilən humanitar fəlakətlə bağlı narahatlıqlarını ifadə edir, beynəlxalq humanitar hüquq normalarına uyğun fəaliyyət göstərilməsinin və ehtiyacı olan bütün insanlara lazımi yardımın göstərilməsinin vacibliyini vurğulayırlar.
Tərəflər hərbi əməliyyatları dərhal dayandırmağa, davamlı atəşkəsi təmin etməyə və mülki əhali üçün humanitar dəhlizləri açmağa çağırılır.
Bəyanata Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Rusiya və Özbəkistan qoşulub, Azərbaycan isə qoşulmayıb.