Oktyabrın 12-də Ermənistan TŞ-nin katibi Armen Qriqoryan Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Bu barədə Təhlükəsizlik Şurasının Aparatından məlumat verilib.
Görüş zamanı həmsöhbətlər regionun təhlükəsizlik məsələlərinə və sabitliyin qorunması ilə bağlı məsələlərə toxunublar. Tərəflər Brüsseldə planlaşdırılan üçtərəfli görüşə hazırlıq məsələlərini müzakirə ediblər.