Ermənistan Parlamentinin deputatı Armen Rustamyan Avropa Şurası Parlament Assambleyasının üç komitəsinin birgə dinləmələrində “Qarabağ ermənilərinin insan hüquqları və humanitar vəziyyəti və Azərbaycanın beynəlxalq öhdəlikləri” mövzusunda çıxış edib.
O qeyd edib ki, vəziyyət çox aydındır.
“On ay davam edən tam blokadadan və Azərbaycanın Dağlıq Qarabağ xalqına qarşı başlatdığı müharibədən sonra Dağlıq Qarabağın bütün əhalisi əsrlər boyu yaşadıqları vətənlərini tərk etmək məcburiyyətində qaldı. Bu etnik təmizləmənin tipik nümunəsidir, çünki insanlar öz istəkləri ilə evlərini tərk etmirdilər. Biz onu da bilirik ki, etnik təmizləmə soyqırım aktlarından biridir. Bu, Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin çox ciddi şəkildə pozulmasıdır. Ona qarşı sanksiyalar tətbiq edilməlidir”, - deputat bildirib.