Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında Hüquq Məsələləri və İnsan Hüquqları, Miqrasiya və Monitorinq komitələri “Qarabağ ermənilərinin insan hüquqları və humanitar vəziyyəti və Azərbaycanın beynəlxalq öhdəlikləri” mövzusunda birgə dinləmələr keçirib.
Strasburqun Avropa İnstitutlarında keçirilən müzakirədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsinin nümayəndəsi Andreas Visner Dağlıq Qarabağ əhalisinin köçkünlüyü ilə bağlı faktları təqdim edib. O xatırladıb ki, Ermənistandan 100 min 632 qaçqın, o cümlədən 30 mini uşaq sığınacaq alıb, bu da buradakı hər 30 nəfərdən birinin yeni gələn qaçqın olması deməkdir. 2020-ci il müharibədən sonra Ermənistanda daha 35 minə yaxın qaçqın gəlib.
BMT ofisinin nümayəndəsi təmsil etdiyi qurumun Ermənistana və erməni qaçqınlarına verdiyi dəstəyi vurğulayaraq qeyd edib ki, eyni zamanda beynəlxalq ictimaiyyət tərəfindən dəstəyin davam etdirilməsinə ehtiyac var.
Proqrama əsasən, beynəlxalq ictimaiyyət insanlara dəstək təşkil etmək üçün 97 milyon dollar toplamağı planlaşdırır.