Baş nazir Nikol Paşinyan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Görüşdə Aİ-nin Ermənistan Respublikasındakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos da iştirak edib.
Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesi ilə bağlı məsələlər müzakirə edilib, onun davamlılığının vacibliyi vurğulanıb.
Azərbaycanın etnik təmizləmə siyasəti nəticəsində 100 mindən çox soydaşımızın məcburi köçkünə çevrilməsi ilə əlaqədar Dağlıq Qarabağdakı humanitar vəziyyətə toxunulub.