Fransa BMT Təhlükəsizlik Şurası çərçivəsində Dağlıq Qarabağ ermənilərinin qaytarılması ilə bağlı qətnamənin qəbulunu tələb edəcək.
Bu barədə Fransanın xarici işlər naziri Ketrin Kolonna Senatda çıxışı zamanı bildirib.
“Azərbaycan 100 mindən çox erməninin Dağlıq Qarabağdan çıxarılmasını planlaşdırıb və təşkil edib. Bu ağır cinayət cavabsız qala bilməz. Ermənistanla Azərbaycan arasında münaqişə danışıqlar yolu ilə həll edilməlidir. Bakı anlamalıdır ki, güc tətbiq etmək yolu ilə gedə bilməz”.