Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” iddiası üzrə dinləmələr davam edir. Sentyabrın 28-də Ermənistan Dağlıq Qarabağın erməni əhalisinə qarşı irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tələblərinin pozulması ilə bağlı Azərbaycana qarşı iddia qaldırıb.
AİHM-in keçmiş sədri, beynəlxalq hüquq professoru Linos-Alexandr Sitsilianos BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində üç məqamı təqdim edib. Onun sözlərincə, ermənilərin Dağlıq Qarabağdan məcburi çıxarılmasının qarşısının alınması və onların təhlükəsiz qayıtmasına şərait yaradılması etnik təmizləməni dayandıracaq.