Avropa Şurası Parlament Assambleyasının üç komitəsinin “Qarabağ ermənilərinin insan hüquqları və humanitar vəziyyəti və Azərbaycanın beynəlxalq öhdəlikləri” mövzusunda birgə dinləmələrində Rostok Universitetinin beynəlxalq hüquq professoru Björn Schiffbauer qeyd etdi ki, Avropa İnsan Hüquqları Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsi Dağlıq Qarabağ məsələsi ilə bağlı qərarlar qəbul edib.
Onun sözlərinə görə, Azərbaycan Laçın dəhlizini bağlamaqla Avropa İnsan Haqları Konvensiyasının bir sıra müddəalarını pozub. "Həmçinin, bəzi azərbaycanlıların hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlər törətdiyini də istisna etmək olmaz".
O qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağın erməni əhalisinin insan hüquqlarının ciddi şəkildə pozulmasına görə məsuliyyət daşıyır.