Oktyabrın 11-də ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Lui Bononu qəbul edib.
Bu barədə TŞ ofisindən məlumat verilib.
Həmsöhbətlər Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesini müzakirə ediblər. Bu proses çərçivəsində Təhlükəsizlik Şurasının katibi Ermənistanın yanaşmalarını təqdim edib.
DQ-dan didərgin düşmüş ermənilərin humanitar problemləri də müzakirə olunub.