ER Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini Artur Martirosyan YUNESKO-nun faktaraşdırıcı missiyasını qəbul edib. Bu barədə Nazirlikdən məlumat yayılıb.
Missiyaya YUNESKO-nun Təhsil və İnnovasiyalar Direktorluğunun rəhbəri, “Təhsil-2030” bölməsinin müdiri vəzifəsini icra edən Sobhi Tavil rəhbərlik edib.
Faktaraşdırıcı missiya Dağlıq Qarabağdan məcburi köçkünlərin təhsili sahəsində mövcud ehtiyacların qiymətləndirilməsi məqsədilə Ermənistana göndərilib.
Nazir müavini Artur Martirosyan Azərbaycanın 9 aydır davam edən blokadası və sonrakı 19 sentyabr hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağdan məcburi köçkün düşmüş vətəndaşların problemlərini təqdim edib.
Artur Martirosyan Azərbaycan tərəfindən YUNESKO-nun baş direktorunun təklifinin rədd edilməsini narahatedici qiymətləndirib, çünki beləcə YUNESKO-nun faktaraşdırıcı missiyasına Azərbaycanın nəzarəti altında olan erməni tarixi-mədəni abidələrinin monitorinqi və inventarlaşdırılması üçün Dağlıq Qarabağa və ona bitişik ərazilərə girişi təmin olunmayıb.