Rusiyanın sülhməramlı kontingenti Dağlıq Qarabağı tərk edərsə, onlar ölkələrinə qayıtmalıdır və Ermənistana köçürülməməlidir.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai telekanala müsahibəsində bildirib.
“Bu, Rusiya Federasiyasının Dağlıq Qarabağdakı sülhməramlı qoşunlarıdır. Əgər Dağlıq Qarabağı tərk etsələr, Rusiyaya qayıtmalıdırlar”, - o, jurnalistin sülhməramlıların Ermənistanda yerləşdirilməsinin mümkünlüyü ilə bağlı sualını cavablandırarkən deyib.
Baş nazirin sözlərinə görə, sülhməramlılardan fərqli olaraq, Rusiya sərhədçilərinin və 102-ci hərbi bazanın taleyi ilə bağlı sual yarana bilməz.