ER-nin Baş naziri Nikol Paşinyan ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri, ATƏT-in Minsk qrupunun həmsədri Luis Bononu qəbul edib.
Həmsöhbətlər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə toxunub və onun davamlılığını vurğulayıblar.
Ermənistanın baş naziri, Fransa prezidenti, Almaniya kansleri və Avropa İttifaqı Şurasının sədrinin Qranadada keçirilən dördtərəfli görüşü ilə bağlı fikir mübadiləsi aparılıb.
Etnik təmizləmə siyasəti nəticəsində Dağlıq Qarabağdakı 100 mindən çox soydaşımızın Azərbaycan tərəfindən məcburi köçkün düşməsi nəticəsində yaranmış humanitar vəziyyət və problemlərin həlli istiqamətində atılan addımlar müzakirə olunub.
Ermənistan-Amerika münasibətləri ilə bağlı mövzulara toxunulub.