Ermənistanın Baş naziri oktyabrın 10-da ölkənin ictimai televiziyasına müsahibəsində deyib ki, Ermənistan 3+3 formatında görüşə hazırdır:
“Əlbəttə, biz hazırıq. Bir vaxtlar razılaşma əldə edilmişdi ki, 3+3 formatında növbəti görüş Tehranda keçiriləcək”.
Azərbaycan və Ermənistan arasında münaqişənin çözümü üçün 3+3 kimi tanınan format ilk dəfə 2021-ci ildə müzakirə olunub.
Bu formatda üç cənubi Qafqaz ölkəsinin – Azərbaycanın, Ermənistanın və Gürcüstanın, habelə Rusiya, Türkiyə və İranın iştirakı nəzərdə tutulurdu.