Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev çərşənbə axşamı Bakıda Azərbaycan prezidenti İlham Əliyev ilə danışıqlar aparıb.
Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin məlumatına görə, onlar həmçinin beynəlxalq təhlükəsizliyin gücləndirilməsini müzakirə ediblər.
“Rusiya-Azərbaycan əməkdaşlığının geniş spektri müzakirə edilib, regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin təmini və möhkəmləndirilməsinə xüsusi diqqət yetirilib”, - deyə məlumatda bildirilir.