“Qranadada imzaladığım sənəd Azərbaycanın imzası olmadığı üçün yarımçıqdır”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai TV-yə müsahibəsində deyib.
“Qranadadakı dördtərəfli görüşdə bir sıra vacib məqamlar oldu. Bu dəfə də Azərbaycan və Ermənistanın qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasının vacibliyi vurğulandı. Həmçinin DQ ermənilərinin geri qayıda biləcəkləri qeyd edildi”, – Paşinyan bildirib.
O qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevlə Brüsseldə görüşlə bağlı ilkin razılıq var.
“Həm biz, həm də Azərbaycan tərəfi Brüsseldə görüşə hazır olduğumuzu bəyan etdik. Bu, tərəflərin sülhə doğru hərəkət etməsi anlamına gəlir. Bu, o deməkdir ki, 2-3 ay ərzində sülh sazişinin imzalanması 70 faizdir”, - deyə baş nazir bildirib.