Oktyabrın 9-da Ermənistanın YUNESKO-dakı daimi nümayəndəsi, səfir Kristian Ter-Stepanyan qurumun İcraiyyə Şurasının 217-ci sessiyasının birinci plenar iclasında çıxış edib.
Səfir Ter-Stepanyan çıxışında Azərbaycanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində Dağlıq Qarabağda ermənilərin məcburi kütləvi köçürülməsinə toxunub. Qeyd olunub ki, 100 mindən çox Dağlıq Qarabağ ermənisi öz vətənlərini tərk etməyə məcbur olub.
Səfir tədbirdə iştirak edənlərin diqqətini 19 sentyabr hərbi hücumundan və Dağlıq Qarabağ ermənilərinin ölkəni tərk etməsindən dərhal sonra Azərbaycan silahlı qüvvələrinin atdığı addımlara yönəldib, xüsusən də Stepanakert yaxınlığında qoyulmuş xaçın dağıdılmasını və orta əsrlərin ən məşhur erməni monastırlarından biri olan Qandzasarın tğhrif etməsi istiqamətdə həyata keçirilən cəhdlərini vurğulayıb.
Səfir Ter-Stepanyan vurğuladı ki, qeyd olunan addımlar Azərbaycanın Dağlıq Qarabağda istənilən erməni izini məhv etmək niyyəti bir daha nümayiş etdirir. Bununla bağlı da Ermənistan 2020-ci ilin noyabr ayından bəri dəfələrlə həyəcan çalır.
Bu kontekstdə səfir YUNESKO-nun faktaraşdırıcı missiyasının Dağlıq Qarabağa göndərilməsinin vacibliyini xüsusi vurğulayaraq, belə bir missiyanın həyata keçirilməsinin baş direktorun nəzərdən keçirdiyi proqramlar sırasında olduğunu qeyd edib.