Bakıya səfəri zamanı ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Cənubi Qafqazda sabit və ləyaqətli sülhə nail olmaq üçün ABŞ-ın tərəflərə dəstəyini müzakirə etmək üçün yüksək səviyyəli rəsmilərlə görüşüb. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin “X” rəsmi mikrobloqunda məlumat verilib.
"Azərbaycan və Ermənistan arasında dialoq uzun müddətdir davam edən bu münaqişənin həlli üçün lazımdır", - deyə qeyd edilib.