Rusiya sülhməramlıları Cənubi Qafqazda sülh və etimadı möhkəmləndirməyə hazırdır.
Bu fikirlər Rusiya xarici işlər naziri Sergey Lavrovun ”BMT Nizamnaməsinin prinsiplərinə tam şəkildə riayət etmək və qarşılıqlı əlaqə - beynəlxalq sülhün, sabitliyin açarıdır” adlı məqaləsində yer alıb.
Lavrovun sözlərinə görə, ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda qeyri-stabillik səpməyə davam edir. Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingenti Cənubi Qafqaz regionunda dinc həyatın bərqərar olmasına töhfəsini verməyə hazırdır.
Rusiya XİN başçısı vurğulayıb ki, ABŞ və Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinə müdaxiləsi qeyri-sabitliyə səbəb olur.