Ermənistanın baş naziri Nikol Paşinyan MDB ölkələri liderlərinin oktyabrın 13-də Bişkekdə keçiriləcək görüşündə iştirak etməyəcək. Bu barədə ER baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan “1lurer.am” saytına bildirib.
Xatırladırıq ki, sammit oktyabrın 13-də Bişkekdə keçiriləcək. Liderlərin geniş gündəliyi, o cümlədən ticarət-iqtisadi sahədə əməkdaşlığı müzakirə edəcəyi gözlənilir.