AŞPA Dağlıq Qarabağdakı humanitar vəziyyəti ilə bağlı məsələni oktyabrın 12-də keçiriləcək təcili prosedur çərçivəsində müzakirə etmək qərarına gəlib. Bu barədə Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, “Mülki müqavilə” fraksiyasının deputatı, dövlət-hüquq məsələləri üzrə daimi komitənin sədri Vladimir Vardanyanın “Facebook” səhifəsində qeyd olunub.