Rusiya sülhməramlı kontingentinin mövcudluğuna ehtiyac var və gələcəkdə də eynilə ehtiyac olacaq. Bu barədə RBK-ya Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
Onun sözlərinə görə, bu, Dağlıq Qarabağın orada qalan sakinlərinin özlərini rahat hiss etməsi üçün lazımdır.
"Qarabağdan gedənlərdən kimlərinsə müəyyən mərhələdə qayıtmaq qərarına gələ biləcəyi istisna deyil. Sülhməramlıların mövcudluğu onlar üçün əlavə rahatlıq amili olacaq", deyə o bildirib.
Qaluzin qeyd edib ki, sülhməramlıların məsələsi Moskva və Bakı arasında müzakirə və həll olunacaq.