İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani mətbuat konfransı zamanı Azərbaycan və Naxicevan arasında İran ərazisindən əlaqə yaradılması məsələsinə toxunub. O qeyd edib: “Bu, yeni bir şey deyil. İran dəhlizi 34 ildir Azərbaycanın sərəncamındadır. Məhz bu çərçivədə əməkdaşlıq davam edir. Yeni reallıqları nəzərə alaraq, yeni coğrafiyaya uyğun olaraq bu əməkdaşlığı qurmaq imkanı var. İran Azərbaycanın əməkdaşlıq tələbini alqışlayıb. Cənab Bəzrpaşın səfəri və körpünün açılışı da həmin əməkdaşlıq çərçivəsindədir”.
İran Xarici İşlər Nazirliyinin sözçüsü dəhlizlər məsələsində Tehranın mövqeyini təsdiqləyib. Prinsipcə, biz tranzit və regional dəhlizlər sahəsində əməkdaşlığın müzakirəsinin tərəfdarıyıq, lakin vurğulayırıq ki, dəhlizlər ölkələrin suverenliyinə və beynəlxalq hüquq normalarına uyğun yaradılmalıdır”.
Naser Kanani qeyd edib ki, Bəzrpaş səfər çərçivəsində həmkarı ilə ikitərəfli məsələlər ətrafında müxtəlif mövzuları müzakirə edib, həmçinin Azərbaycan prezidenti Əliyevlə görüşüb. Mətbuat konfransı zamanı Kənani vurğulayıb ki, İran Ermənistan və Azərbaycan arasında dialoqu dəstəkləməyə hazırdır.