“Rusiya Ermənistanla Azərbaycan arasında balanslaşdırılmış razılaşmaların əldə olunmasına kömək etməyə çalışacaq”.
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RBK-ya müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş üçtərəfli bəyanatın icrası aktual olaraq qalır:
“Söhbət nəqliyyat kommunikasiyalarının açılmasından, sərhədin delimitasiyası ilə onun sonrakı demarkasiyasından, sülh müqaviləsinin imzalanmasından gedir. Bütün bunların icrası vacibdir".