Bu ay Avropa İttifaqının (Aİ) ev sahibliyi ilə Ermənistan və Azərbaycan liderləri arasında görüş keçiriləcək.
Bu barədə Qranadada keçirilən 3-cü Avropa Siyasi Sammitində iştirak edən Aİ Şurasının Prezidenti Şarl Mişel “France-Presse”ə açıqlamasında deyib.
O bildirib ki, Brüsseldə baş tutacaq görüşlə bağlı tərəflər artıq məlumatlandırılıb.
“Mən hər iki lideri oktyabrın sonunadək Brüsselə dəvət edəcəyim barədə məlumatlandırmışam”, - Mişel bildirib.