Rusiya Müdafiə Nazirliyinin (MN) nümayəndə heyəti Yerevana səfər edəcək.
Bu barədə TASS diplomatik mənbəyə istinadən məlumat yayıb.
“Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti bu gün Yerevana səfər edəcək. Ermənistan tərəfi ilə görüşdə Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağdan getməsinin konkret vaxtı müzakirə olunacaq”, - mənbə bildirib.
Qeyd edək ki, 2020-ci il noyabrın 9-da atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatına əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti Dağlıq Qarabağda yerləşdirilib. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir. Müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.