İndi tələbkarlıq, aydınlıq, öhdəliklərin qorunması və hərbi dəstək zamanıdır. Fransa bu variantı seçdi. Bunu Emmanuel Makron Azərbaycana qarşı sanksiyaların tətbiqi ehtimalına toxunaraq deyib.
“İndi sanksiyaların vaxtı deyil, çünki biz Azərbaycanla dialoqu davam etdirməliyik”,-deyə Makron əlavə etdi ki, Fransanın Azərbaycanla problemi yoxdur, amma Azərbaycanın beynəlxalq hüquqla problemləri var.
Makronun sözlərinə görə, Fransa “Dağlıq Qarabağ xalqı da daxil olmaqla” Ermənistanı dəstəkləmək üçün əlindən gələni edir.
"İndi vacib olan Dağlıq Qarabağdan olan ailələrlə bağlı vəziyyət və sərhədlər məsələsidir", - deyə Fransa prezidenti qeyd edib ki, regionda vəziyyətin sabitliyini pozmamaq üçün ER hakimiyyətinə dəstək vermək lazımdır.