Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borel özünün X mikrobloqunda ER xarici işlər naziri Ararat Mirzoyanla söhbəti barədə yazıb.
“Dünən biz Ararat Mirzoyanla Ermənistandakı vəziyyət və 100 mindən çox məcburi köçürülmüş Qarabağ ermənisinin ehtiyacları ilə bağlı fikir mübadiləsi apardıq.
Biz Ermənistanın sabitliyini və Ermənistan-Avropa İttifaqı münasibətlərini daha da necə gücləndirəcəyimizi müzakirə etdik. Biz Aİ-nin gələcəkdə sülh prosesinə töhfə vermək öhdəliyini vurğuladıq”.