Macarıstanın baş naziri Viktor Orban cümə günü İspaniyanın Qranada şəhərində Aİ liderlərinin qeyri-rəsmi görüşündə bildirib ki, Azərbaycan Aİ-nin enerji müstəqilliyini qorumaq üçün “strateji əhəmiyyətə malikdir”.
O vurğulayıb: “Azərbaycan əsas ölkədir, Azərbaycansız biz enerji müstəqilliyinə malik ola bilmərik” və əlavə edib ki, Azərbaycan qaz təchizatı olmadan Aİ Rusiya yanacağından asılılığını azalda bilməyəcək.