Oktyabrın 6-da ER Parlamentinin sədr müavini Ruben Rubinyan Litva Respublikası Seyminin sədr müavini Radvil Morkunayte Mikulenienin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Ruben Rubinyan qonaqları parlamentdə salamlayaraq Ermənistan-Litva parlamentlərarası əməkdaşlığı yüksək qiymətləndirib. Parlamentin sədr müavininin qiymətləndirməsinə görə, son illər ikitərəfli münasibətlərdə mühüm irəliləyiş əldə olunub.
Tərəflər regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.