Qranadada keçirilən Avropa Siyasi Birliyinin toplantısına gələn Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borel ümidvar olduğunu bildirib ki, Ermənistan və Azərbaycan hakimiyyətləri Brüsseldə görüşə və münaqişənin qarşısının alınmasını müzakirə edə biləcəklər.
O, təəssüfləndiyini bildirib ki, Azərbaycan və Türkiyə sammitdə iştirak etmir, ona görə də onlarla Dağlıq Qarabağdan 100 mindən çox erməninin mühacirətinə dair məsələni müzakirə edə bilməyəcəklər.
Onun sözlərinə görə, Aİ münaqişələrin həlli üçün hərbi gücdən istifadəni pisləyir.
“Ümid edirəm ki, münaqişənin daha da genişlənməsinin qarşısını almaq və Ermənistanı siyasi cəhətdən sabitləşdirmək üçün Brüsseldə Ermənistan və Azərbaycan arasında görüşlər keçirilə bilər”, - deyə Borel yekunlaşdırıb.