Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts oktyabrın 4-də Azərbaycan prezidenti İlham Əliyevə zəng edib və o, hərbi güc tətbiqinin yolverilməz olduğunu bildirib.
Bunu jurnalistlərlə görüşdə Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Kristian Hofman deyib.
“Bu gün kansler Şolts ilə Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı olub. O, Almaniya hökumətinin Ermənistan və Azərbaycan arasında iki ölkənin ərazi bütövlüyü prinsipinə əsaslanan sabit sülhün bərqərar olmasına və vəziyyətin sülh danışıqları yolu ilə həllinə qətiyyətlə sadiq olduğunu vurğulayıb”.
Hofman qeyd edib ki, Almaniya Aİ Şurasının sədri Şarl Mişelin səylərini tam dəstəyir.
"Kansler Dağlıq Qarabağdakı vəziyyət və onun inkişafı ilə bağlı maksimum şəffaflığın vacibliyini vurğuladı", - Hofman bildirib.
Onun sözlərinə görə, Şolts deyib ki, BMT missiyasının oktyabrın 1-də Dağlıq Qarabağa səfəri inkişaf etdirilməli olan müsbət addımdır.