İran prezidenti Ermənistan və Azərbaycanlı rəsmiləri qəbul etdi.
Ermənistanın Təhlükəsizlik Şurasının katibi və Azərbaycan prezidentinin xüsusi nümayəndəsi prezident İbrahim Rəisi ilə görüşlərdə Qafqazla bağlı son vəziyyət haqda ətraflı məlumat veriblər.
İrna agentliyinin məlumatına görə, Rəisi Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov ilə görüşündə Dağlıq Qarabağda ermənilərin hüquqlarının qorunmasının vacibliyini vurğuladı.
“Azərbaycan və Ermənistanın qüdrətli qonşusu kimi İran İslam Respublikası bu iki ölkənin fikir ayrılıqlarının və problemlərinin həllinə kömək etməyə tam hazırdır”,-deyə İbrahim Rəisi bildirdi.
Rəisi sərhədlərin və regionun geosiyasətinin qorunmasının vacibliyini vurğulayaraq deyib: “İran Azərbaycan ilə Ermənistan arasında münasibətlərdə problemlərin həllinə və düyünlərin açılmasına kömək edə biləcək 3+3 formatında və ya hər hansı digər formatda regional danışıqları alqışlayır.
Region ölkələri regional problemlərini həll etmək gücünə malikdir və xarici ölkələrin ayağını hər hansı bəhanə ilə regiona açmaq region ölkələrinin heç birinin xeyrinə deyil”.