Ukrayna prezidenti Vladimir Zelenski özünün X (keçmiş Twitter) mikrobloqunda Avropa Siyasi Birliyinin Dövlət və Hökumət Başçılarının Sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdüyünü bildirib.
“Ermənistanın baş naziri ilə ilk görüşümüz zamanı diqqətimizi Cənubi Qafqazda təhlükəsizlik vəziyyətinə yönəltdik. Ukrayna regionun sabitliyində və ölkələrlə dostluq münasibətlərində maraqlıdır. Biz həmçinin ikitərəfli əməkdaşlığımızı və regionlararası iqtisadi layihələrimizi müzakirə etdik”, - deyə Zelenski qeyd edib.