ABŞ administrasiyası Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar Azərbaycana hərbi yardımı dayandırmalıdır. Bu barədə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin bildirib.
Sentyabr ayında onun bu vəzifədəki sələfi Robert Menendes də eyni bəyanatla çıxış etmişdi.
“Birləşmiş Ştatlar bu qəddar kampaniyanı dayandırana qədər Azərbaycana təhlükəsizlik yardımını dayandırmalıdır”, – Kardin Bakının keçirdiyi hərbi əməliyyata toxunaraq vurğulayıb.
O, Azərbaycan hakimiyyətini Dağlıq Qarabağ ərazisindəki hərəkətlərinə görə sərt şəkildə tənqid edib.
“Biz Dağlıq Qarabağı tərk etmiş etnik ermənilərə humanitar yardım göstərməliyik. Birləşmiş Ştatlar həmçinin Ermənistan rəhbərliyinin son illərdə həyata keçirdiyi demokratik islahatları, o cümlədən şəffaflığın, yaxşı idarəetmənin və Birləşmiş Ştatlarla, eləcə də bütövlükdə Qərbi Avropa ilə iqtisadi əməkdaşlığın təşviqi səylərini dəstəkləməyə davam etməlidir”, – Kardin yekunlaşdırıb.