Hindistan Dağlıq Qarabağdakı vəziyyəti izləyir və regiondakı vəziyyətin diplomatik yolla nizamlanmasının tərəfdarıdır. Bu barədə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Arindam Bağçı brifinq zamanı bildirib.
“Dağlıq Qarabağda hadisələrin inkişafına gəlincə, biz vəziyyəti izləyirik və tərəfləri dialoq və diplomatiya yolu ilə regionda bütün mülki şəxslərin təhlükəsizliyini təmin edəcək uzunmüddətli sülhə çağırırıq”, - deyə Bağçı bildirib.