Azərbaycanın Dağlıq Qarabağa hücumundan sonra Avropa İttifaqı Ermənistana 25 milyon avrodan çox yardım ayıracaq. Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula Von der Leyen bildirib.
“Biz 5,2 milyon avro ayırdıq. Mən bu gün Ermənistanın baş nazirinə məlumat verəcəyəm ki, biz bu məbləği iki dəfə artıraraq 10,2 milyon avroya çatdırmaqdan xoşbəxtik və Ermənistan büdcəsinə daha 15 milyon avro yardım edirik”, - deyə rəsmi bildirib.
Von der Leyen qeyd edib ki, Qranadada Nikol Paşinyanla görüşəcək və Ermənistana dəstək məsələsini müzakirə edəcək.