Azərbaycan mətbuatı bildirir ki, İlham Əliyev İspaniyaya getməkdən imtina edib. Ispaniyada Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü planlaşdırılmışdı. Görüşdə Avropa Şurasının rəhbəri Şarl Mişel, Almaniya kansleri Olaf Şolz və Fransa prezidenti Emmanuel Makron da iştirak edəcəkdi.
Azərbaycan tərəfinin bildirdiyinə görə, Fransanın mövqeyi, Paris və Berlinin Türkiyənin görüşdə mümkün iştirakı ilə bağlı fikir ayrılığıdır.
Rəsmi Bakı görüşdə iştirak etməməsi ilə bağlı hələlik açıqlama verməyib.