İsveçrənin Xİ Federal Departamenti Dağlıq Qarabağ sakinlərinə yardım göstərən humanitar təşkilatlara 1,5 milyon frank ayırıb.
“İsveçrə Dağlıq Qarabağın mülki əhalisinə dəstəyini gücləndirir. Xİ Federal Departamenti humanitar yardımı yerlərdə dəstəkləmək üçün təxminən 1,5 milyon frank ayırmağa qərar verib. Həmin pul yerlərdə fəaliyyət göstərən əsas humanitar təşkilatlara paylanacaq ki, bunun da 500.000 frankı BQXK-ya veriləcək”, - deyə departamentin saytında yazılıb.