İran Ermənistan-Azərbaycan sərhədinə müşahidəçi ezam etməyə hazır olduğunu bildirir.
Bunu İranın Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdə deyib.
“İran İslam Respublikası Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllinə kömək etməyə hazırdır. Biz Ermənistan-Azərbaycan Respublikası sərhədinə müşahidəçi göndərməyə hazır olduğumuzu bildiririk. Regiondan kənar yeni aktorların olması mürəkkəbliyi və qeyri-sabitliyi artırır”, – İran Baş qərargah rəisi qeyd edib.
M.Baqerinin sözlərinə görə, bölgədən kənar və yeni oyunçuların bölgədəki iştirakı mürəkkəbliyi və destabilliyi artırır.
Baqeri əlavə edib ki, bölgədə böhranın yaranması üçün heç bir səbəb yoxdur. Region ölkələri dialoqla məsələləri və problemləri həll etməlidirlər.
İranlı general deyib ki, regionda sülh bütün ölkələrin xeyrinədir və regionda təhlükəsizlik region ölkələri tərəfindən təmin olunmalıdır.