Özbəkistan prezidenti Şavkat Mirziyoyev Rusiya Federasiyasına rəsmi səfər edəcək. Bu barədə Özbəkistan Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə baş tutacaq səfər proqramına uyğun olaraq, Moskvada iki dövlətin liderləri arasında danışıqların aparılması nəzərdə tutulur.
Özbəkistan rəhbəri Mirziyoyev Rusiya hökumətinin sədri Mixail Mişustinlə də görüşəcək. Keçiriləcək digər yüksək səviyyəli görüşlərin gündəliyinə ikitərəfli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da dərinləşdirilməsi məsələləri daxildir.