Fransa Ermənistana hərbi texnika vermək üçün saziş imzalamağa razıdır.
Bunu Fransanın Avropa və Xarici İşlər naziri Katrin Kolonna Yerevanda Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan ilə mətbuat konfransında deyib.
"Fransa gələcəkdə Ermənistana özünü müdafiə etməkdən ötrü hərbi texnika verməyi nəzərdə tutan saziş imzalamağa razılaşıb. Aydındır ki, hazırda bu məsələ üzərində detallı dayana bilmərəm", – fransalı nazir vurğulayıb.
Nazir Syunik vilayətinin Goris şəhərinə də getməli idi, amma pis hava ucbatından səfər təxirə salınıb. Kolonnanın sözlərinə görə, Fransa Gorisə fəxri konsul təyin edib və bununla Fransanın bu vacib regionda, Syunik vilayətində mövcudluğu möhkəmləndiriləcək.