“Bu yaxınlarda Dağlıq Qarabağa səfər etmiş BMT-nin sözdə missiyası Azərbaycanın törətdiyi etnik təmizləmə, özbaşına həbslər, mülki infrastrukturun dağıdılması və digər cinayətlərin qanuniləşdirilməsi üçün hər şeyi edib".
Bunu ER-in xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan özünün X mikrobloqunda yazıb.
Marukyanın sözlərinə görə, onlar BMT-ni bir qurum kimi nüfuzdan salırlar.
“Mən bu “nümayəndələrin” fəaliyyəti ilə bağlı BMT-nin təhqiqatını səbirsizliklə gözləyirəm”, - deyə Marukyan bildirib.